“IronWinD Winter Aquathlon” yarışı baş tutub - FOTO

Xəbərlər
26 Fevral 2024 20:56
136
“IronWinD Winter Aquathlon” yarışı baş tutub - FOTO

Su İdmanı Sarayında “IronWinD Winter Aquathlon” yarışı keçirilib.

İdman.biz xəbər, idmançılar 1500 m məsafəyə üzmək və 10 km qaçmaqda yarışıblar.

Yekun nəticələrə görə, qadınlar arasında Yulyana Bataşova, Milanə Xəlilova, Fatimə Alkərəmova ilk üçlükdə qərarlaşıblar. Kişilər arasında Roman Qlavatski, Elçin Bəkirov, Vitaliy Yakovlev fərqləniblər.

Qeyd edək ki, “IronWinD Winter Aquathlon”da 18 yaşdan yuxarı iştirakçılar - 24 uşaq olmaqla, ümumilikdə 70 idmançı qələbə uğrunda mübarizə aparıb.

İdman.biz