“Sağlam məhəllə” layihəsi çərçivəsində Sumqayıtda idman zonası istifadəyə verilib - FOTO

6 İyul 2026 16:38
96
“Sağlam məhəllə” layihəsi çərçivəsində Sumqayıtda idman zonası istifadəyə verilib - FOTO

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən həyata keçirilən “Sağlam məhəllə” layihəsi çərçivəsində növbəti idman zonası iyulun 6-da Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində istifadəyə verilib.

İdman.Biz xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “Sağlam məhəllə”də minifutbol və basketbol meydançaları, stolüstü tennis və şahmat guşələri, həmçinin açıq havada istifadə üçün trenajor qurğuları quraşdırılıb.

Açılış mərasimində iştirak edən gənclər və idman naziri Fərid Qayıbov idman qurğularında məşq edən uşaqlarla və məhəllə sakinləri ilə söhbət edib.

Qeyd edək ki, indiyədək ölkənin müxtəlif şəhər və rayonlarında ümumilikdə 22 “Sağlam məhəllə” layihəsi icra olunub.

İdman.Biz