Azərbaycanlı idmançı Tailandda muaytay turnirinin qalibi olub - FOTO

3 İyul 2026 15:18
70
Azərbaycanlı idmançı Tailandda muaytay turnirinin qalibi olub - FOTO

Azərbaycanlı döyüşçü Mirmehdi Miriyev Tailandın Puket adasında keçirilən muaytay üzrə “Patong Fight Night-2” turnirinin qalibi olub.

İdman.Biz xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 70 kq çəki dərəcəsində mübarizə aparan idmançı final döyüşündə Avstraliya təmsilçisi Ceyms Veqarla üz-üzə gəlib.

Mirmehdi Miriyev rəqibini dördüncü raundda nokautla məğlub edərək turnirin çempionu adına yiyələnib.

O, bu qələbə sayəsində çempionluq kəmərini də qazanıb.

İdman.Biz