Fərid Qayıbov Bakıda ikitərəfli görüşlər keçirib - FOTO

2 İyul 2026 17:49
87
Fərid Qayıbov Bakıda ikitərəfli görüşlər keçirib - FOTO

Bakıda keçirilən UNESCO-nun İdmanda Dopinqə Qarşı Beynəlxalq Konvensiyasına Tərəf Dövlətlərin Onuncu Konfransı (COP10) Bürosunun ikinci rəsmi iclası çərçivəsində gənclər və idman naziri Fərid Qayıbov bir sıra ikitərəfli görüşlər keçirib.

İdman.Biz xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Rusiya Federasiyasının idman naziri Mixail Deqtyarev, Türkiyə gənclər və idman nazirinin müavini Safa Koçoğlu Gürsoy və UNESCO-nun Elm sektorunun Sosial siyasətlər və inklüzivlik üzrə direktoru Qustavo Merino ilə keçirilən görüşlərdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib, eləcə də COP10 Bürosunun ikinci iclasının yekunları barədə fikir mübadiləsi aparılıb.

İdman.Biz