İspaniyalı olimpiyaçı Günəş tutulması zamanı möhtəşəm tryuk edib - FOTO/VİDEO

13 Avqust 2026 11:26
123
İspaniyalı olimpiyaçı Günəş tutulması zamanı möhtəşəm tryuk edib - FOTO/VİDEO

İspaniyalı olimpiyaçı Denni Leon ölkəsində müşahidə olunan tam Günəş tutulması zamanı diqqətçəkən skeytbord tryuku həyata keçirib.

İdman.Biz xəbər verir ki, 31 yaşlı idmançı avqustun 12-də tullanışını Ayın Günəşin qarşısını tamamilə örtdüyü ana uyğunlaşdırıb. Nəticədə Leonun havada olduğu an tutulmuş Günəşin fonunda görüntülənib.

İspaniyalı skeytbordçu çəkiliş üçün xüsusi rakurs seçib və hərəkətini əvvəlcədən planlaşdırıb. Kadrda Leonun silueti tam Günəş tutulmasının yaratdığı işıqlı halqanın qarşısında görünür.

Denni Leon İspaniyanı Olimpiya Oyunlarında da təmsil edib. O, Tokio-2020-də skeytbordinq üzrə kişilərin park yarışında doqquzuncu yeri tutub.

İdman.Biz