“Latsio” “İnter”in yarımmüdafiəçisi ilə razılığa gəldi

12 Avqust 2026 17:07
95
“Latsio” “İnter”in yarımmüdafiəçisi ilə razılığa gəldi

“Latsio” “İnter”in yarımmüdafiəçisi Davide Frattezinin transferi ilə bağlı razılığa gəlib.

İdman.Biz xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.

Razılaşmaya əsasən, 26 yaşlı futbolçu “Latsio”ya 1 milyon avroya icarəyə veriləcək. Müqavilədə Frattezini 14 milyon avroya almaq imkanı da yer alacaq.

Müəyyən şərtlər yerinə yetiriləcəyi təqdirdə bu satınalma maddəsi məcburi xarakter daşıyacaq. Frattezi isə artıq “Latsio”ya keçidin şəxsi şərtlərini razılaşdırıb.

Mərkəz yarımmüdafiəçisi 2024-cü ildən “İnter”də çıxış edir.

Onun Milan klubundakı müqaviləsi 2028-ci ilə qədərdir.

“Transfermarkt” portalı futbolçunun bazar dəyərini 22 milyon avro qiymətləndirir.

İdman.Biz