Bocciaçımız Paralimpiya Oyunlarına lisenziya qazandıran reytinq cədvəlində irəliləyib

13 Avqust 2026 15:05
125
Bocciaçımız Paralimpiya Oyunlarına lisenziya qazandıran reytinq cədvəlində irəliləyib

Azərbaycanın boccia üzrə milli komandasında çıxış edən Sona Ağayeva reytinq cədvəlində iki pillə irəliləyib.

İdman.Biz xəbər verir ki, bu barədə Milli Paraolimpiya Komitəsi məlumat yayıb.

Belə ki, paraolimpiyaçımız Misirin paytaxtı Qahirədə keçirilən boccia üzrə “Çellencer” turnirində BC2 kateqoriyasında qızıl medal qazanıb. Bu nəticəyə əsasən Ağayeva 6,5 reytinq xalı əldə edib.

Bununla da xallarının sayını 38,2-yə çatdıran bocciaçımız Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına lisenziya qazandıran reytinq cədvəlində 17-ci pillədən 15-ci yerə yüksəlib.

İdman.Biz