Kriştianu Ronaldu və Corcina Rodrigesin toyunun təfərrüatları açıqlanıb - VİDEO

17 Avqust 2026 04:18
74
Kriştianu Ronaldu və Corcina Rodrigesin toyunun təfərrüatları açıqlanıb

"Vogue" jurnalı "Əl-Nəsr" və Portuqaliya milli komandasının hücumçusu Kriştianu Ronaldu və Corcina Rodrigesin toy mərasiminin təfərrüatlarını dərc edib.

İdman.Biz xəbər verir ki, Cütlük böyük bir şənlikdən imtina etmək qərarına gəlib və mərasimi Kaskaisdəki evlərinin qonaq otağında keçirib. Toyda yalnız ailə üzvləri iştirak edib. Rodriges izah edib ki, iş öhdəlikləri, yarışlar və uşaqlarla dolu bir il olduğundan, 10 illik yubileylərinin qeyd olunmasını təxirə salmaq istəməyib.

"Gələcəkdə ailəmiz və dostlarımızla birlikdə qeyd etmək üçün böyük bir toy mərasimi keçirəcəyik. Amma hazırda evdə həyat yoldaşım və uşaqlarımızla xüsusi və çox şəxsi bir şey istəyirdim", - Rodriges "Vogue" jurnalına bildirib.
Cütlüyün uşaqları mərasimin əsas iştirakçıları olub. Ronaldo və Rodriges beş uşaq böyüdürlər: Kriştianu, əkizlər Eva və Mateo, Alana Martina və Bella.

Toy üçün Corcina ağ ipək "Gucci" kostyumu və 50 karatlıq brilyant boyunbağı da daxil olmaqla "Chopard" zərgərlik əşyaları seçib. Ronaldu eyni markadan açıq bej rəngli kostyum geyinib. Cütlüyün Gucci seçimi, 2016-cı ildə Rodrigesin işlədiyi Madriddəki brend mağazasında ilk görüşlərindən qaynaqlanır.

Ronaldu və Rodriges bal ayına getməyəcəklər. Futbolçunun ertəsi gün, 15 avqustda mövsümün başlanğıcı üçün Ər-Riyada qayıtması planlaşdırılıbmış.

Rodrigesin sözlərinə görə, toy tam olaraq onun təsəvvür etdiyi kimi keçdi: "Səmimi, sevgi dolu və ailəmiz günün ən vacib hissəsi idi".

İdman.Biz