Fərid Qayıbov Dünya Etnosport Forumunda iştirak edir - FOTO

Xəbərlər
17 Fevral 2024 17:45
Fərid Qayıbov Dünya Etnosport Forumunda iştirak edir - FOTO

Gənclər və idman naziri Fərid Qayıbovun rəhbərliyi altında Azərbaycan nümayəndə heyəti Türkiyənin Antalya şəhərində keçirilən VI Dünya Etnosport Forumunda iştirak edir.

İdman.biz xəbər verir ki, "Ənənəvi idman növlərinin dirçəlişi" devizi altında baş tutan VI Dünya Etnosport Forumuna 75 ölkədən nazirlər, federasiya nümayəndələri, tədqiqatçılar və alimlər qatılıblar.

Beynəlxalq Etnosport Konfederasiyasının prezidenti Nəcməddin Bilal Ərdoğan forumun açılışında çıxış edərək panel iştirakçılarına uğurlar arzulayıb. Daha sonra forum panel iclasları ilə işinə davam edib. Nazir Fərid Qayıbov panel iclaslarında müzakirələrə qatılıb. Paneldə ənənəvi idman növlərinin gələcəyi, etnosportun beynəlxalq əməkdaşlığa verdiyi töhfə, maliyyə resursları, media strategiyaları, ənənəvi idman və oyunlar üzrə mükafatların geniş təbliği və digər mühüm mövzular müzakirə olunur.

Gənclər və idman naziri Fərid Qayıbov forum çərçivəsində Dünya Etnosport Konfederasiyasının prezidenti Nəcməddin Bilal Ərdoğanla, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun prezidenti Taha Ayhanla və bir neçə ölkənin nazirləri ilə ikitərəfli görüşlər keçirib.

İdman.biz

Məqalədə: