Ölkədən kənarda idmançılarımızdan götürülən test nümunəsinin sayı açıqlanıb

Xəbərlər
8 Fevral 2024 15:12
170
Ölkədən kənarda idmançılarımızdan götürülən test nümunəsinin sayı açıqlanıb

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) yerli idmançıları ölkədən kənarda da testetmə prosesinə cəlb edir.

Qurumun mətbuat xidmətindən İdman.bizə verillən məlumata görə, 2023-cü ildə AMADA-nın sifarişi əsasında digər ölkələrdə 58 Azərbaycan idmançısından test nümunəsi götürülüb.

Türkiyə və Rusiyada hər birində 17, Avstriyada 12, Bolqarıstanda 8, Yaponiyada isə 4 idmançı antidopinq testindən keçib.

Testetmə AMADA-nın həmin ölkələrin milli antidopinq təşkilatları ilə mövcud əməkdaşlığı çərçivəsində təşkil olunub.

Qeyd edək ki, ötən il AMADA 282 beynəlxalq sifariş əsasında test həyata keçirib.

İdman.biz