19 yaşlı idmançı Xədicə Mustafayeva ötən gün Xırdalanda qumbara partlayışı nəticəsində həyatını itirib.
İdman.Biz xəbər verir ki, 2007-ci il təvəllüdlü Xədicə Mustafayeva kikboksinqlə məşğul olub və müxtəlif turnirlərdə iştirak edib.
Qeyd edək ki, hadisə ötən gün səhər saatlarında Abşeron rayonunun Xırdalan şəhərində yerləşən fərdi yaşayış evində baş verib. Əl qumbarasının partlaması nəticəsində xəsarət alan Xədicə Mustafayeva həyatını itirib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, hazırda ibtidai istintaq aparılır.
