Regionlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Xəbərlər
5 Fevral 2024 21:04
84
Regionlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Azərbaycanın regionları üzrə həftənin idman afişası açıqlanıb.

İdman.biz xəbər verir ki, fevralın 5-11-də müxtəlif növlər üzrə yarışlar təşkil olunacaq.

Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi
- “İdman hamı üçün” layihəsi çərçivəsində sərbəst güləş üzrə nümunəvi çıxışlar – 5 fevral, saat 15:00 (Xızı rayonu, Giləzi qəsəbəsi, UGİŞM);
- “Sağlam həyat” layihəsi çərçivəsində taekvondo üzrə nümunəvi çıxışlar – 8 fevral, saat 19:00 (Xırdalan şəhəri, “Mübariz” İdman Klubu);
- “İdman hamı üçün” layihəsi çərçivəsində basketbol üzrə nümunəvi çıxışlar – 9 fevral, saat 14:30 (“Təhsil” RİM Sumqayıt şəhər 1 nömrəli İOEUGİŞM).
Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi
- Yeniyetmə oğlanlar arasında voleybol üzrə qış turniri - 6-7 fevral, saat 15:00 (Qobustan şəhər 3 saylı tam orta məktəb);
- "İdman hamı üçün" layihəsi çərçivəsində basketbol üzrə məşğələ - 8 fevral, saat 11:00 (Şamaxı rayonu, Göylər kənd 2 saylı tam orta məktəb);
- "İdman hamı üçün" layihəsi çərçivəsində "Voleybol hamı üçün" devizi altında məşğələ - 9 fevral, saat 10:30 (Ağsu rayonu, 4 saylı tam orta məktəb);
- "İdman hamı üçün" layihəsi çərçivəsində "Uşu hamı üçün" - 10 fevral, saat 16:30 (İsmayıllı rayonu, Uşu sanda klubu).
Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi
- "İdman hamı üçün" layihəsi çərçivəsində voleybol üzrə nümunəvi çıxışlar - 5 fevral, saat 14:30 (Naftalan şəhəri, İ.Nəsimi adına 1 saylı tam orta məktəb);
- “İdman hamı üçün” layihəsi çərçivəsində cüdo üzrə nümunəvi çıxışlar - 8 fevral, saat 16:00 (Gəncə şəhəri, Dəyirman dairəsi, cüdo zalı);
- "İdman hamı üçün" layihəsi çərçivəsində ağırlıqqaldırma üzrə nümunəvi çıxışlar - 10 fevral, saat 13:00 (Goranboy rayonu, Balakürd kənd tam orta məktəb);
- Basketbol üzrə yarış - 10 fevral, saat 15:00 (Gəncə Olimpiya İdman Kompleksi).
Qarabağ Regional Gənclər və İdman İdarəsi
- Taekvondo üzrə Bərdə rayon birinciliyi - 9 fevral, saat 14:00 ("Ziya" İdman Klubu).
Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi
- "İdman hamı üçün" layihəsi çərçivəsində "Futbol hamı üçün" idman tədbiri - 8 fevral, saat 16:00 (Tovuz Olimpiya İdman Kompleksi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində "Sərbəst güləş hamı üçün" idman tədbiri - 8 fevral, saat 16:00 (Ağstafa rayonu, A.Şükürova adına 3 saylı tam orta məktəb);
- "İdman hamı üçün" layihəsi çərçivəsində “Bilyard hamı üçün” idman tədbiri - 9 fevral, saat 16:00 (Şəmkir Olimpiya İdman Kompleksi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində "Atletika hamı üçün" idman tədbiri - 9 fevral, saat 15:00 (Qazax Olimpiya İdman Kompleksi).
Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi
- “Quba - İdman paytaxtı 2024” çərçivəsində U-15 sərbəst güləş üzrə Azərbaycan çempionatına seçim məqsədilə keçirilən zona birinciliyi - 8 fevral, saat 10:00 (Quba Olimpiya İdman Kompleksi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində voleybol üzrə kütləvi idman tədbiri - 8 fevral, saat 11:00 (Siyəzən şəhər 2 nömrəli tam orta məktəb);
- "İdman hamı üçün" layihəsi çərçivəsində basketbol üzrə kütləvi idman tədbiri - 8 fevral, saat 11:00 (Şabran rayonu, 5 saylı tam orta məktəb);
- Xaçmaz rayon ümumtəhsil məktəbliləri arasında basketbol üzrə rayon birinciliyinin Xudat zona mərhələsi - 8-9 fevral, saat 10:00 (Xaçmaz rayonu, Xudat şəhər 1 nömrəli tam orta məktəb);
- “Quba - İdman paytaxtı 2024” çərçivəsində U-15 yunan-Roma güləşi üzrə Azərbaycan çempionatına seçim məqsədilə keçirilən zona birinciliyi - 9 fevral, saat 10:00 (Quba Olimpiya İdman Kompleksi);
- Voleybol üzrə məktəbli qızlar arasında nümunəvi çıxışlar - 10 fevral, saat 14:00 (Qusar Olimpiya İdman Kompleksi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində "Gimnastika hamı üçün" nümunəvi çıxışlar - 10 fevral, saat 17:00 (Quba Olimpiya İdman Kompleksi).
Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi
- ''İdman hamı üçün'' layihəsi çərçivəsində "Gimnastika hamı üçün" devizi altında nümunəvi çıxışlar - 10 fevral, saat 15:00 (Mingəçevir şəhəri, Kür Olimpiya Tədris-İdman Mərkəzi).
Mil-Muğan Regional Gənclər və İdman İdarəsi
- "Cüdo hamı üçün" nümunəvi çıxışlar - 6 fevral, saat 16:00 (Saatlı rayonu, Cüdo idman zalı);
- Boks üzrə nümunəvi çıxışlar - 8 fevral, saat 15:00 (Beyləqan Olimpiya İdman Kompleksi);
- “2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş kadet, yeniyetmə və gənclər arasında boks üzrə klublararası turnir - 8-10 fevral, saat 10:00 (İmişli Olimpiya İdman Kompleksi);
- "İdman hamı üçün” layihəsi çərçivəsində cüdo üzrə idman tədbiri - 9 fevral, saat 15:30 (Sabirabad rayonu, N.Nərmanov adına 2 saylı orta məktəb).
Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi
- Yeniyetmə və gənclər arasında sambo üzrə Oğuz rayon birinciliyi - 8-9 fevral, saat 15:00 (Oğuz Olimpiya İdman Kompleksi);
- Məktəblilərin qol güləşi üzrə rayon birinciliyi - 10 fevral, saat 10:00 (Qax şəhər stadionu).
Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsi
- Voleybol üzrə 12-13 yaşlı oğlanlar arasında şəhər birinciliyi – 5-6 fevral, saat 14:00 (Hacıqabul rayonu, 5 saylı tam orta məktəb);
- "İdman hamı üçün" layihəsi çərçivəsində "Taekvondo hamı üçün" idman tədbiri - 6 fevral, saat 14:00 (Biləsuvar rayonu, Xırmandalı kəndi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində "Kikboksinq hamı üçün" devizi ilə idman tədbiri - 6 fevral, saat 15:00 (Salyan rayonu, Kikboksinq İdman Klubu);
- “İdman hamı üçün” layihəsi çərçivəsində boks üzrə idman tədbiri – 10 fevral, saat 14:00 (Hacıqabul rayonu, Heydər Əliyev Mərkəzinin qarşısı);
- U-15 yaşlılar arasında yunan-Roma güləşi üzrə şəhər birinciliyi – 10-11 fevral, saat 10:00 (Şirvan Olimpiya İdman Kompleksi).

İdman.biz