Azərbaycanda 21 idman növü üzrə beynəlxalq yarışlar keçiriləcək

Xəbərlər
17 Yanvar 2024 13:22
228
Azərbaycanda 21 idman növü üzrə beynəlxalq yarışlar keçiriləcək

Azərbaycan 2024-cü ildə 21 idman növü üzrə beynəlxalq turnirlərə ev sahibliyi edəcək.

İdman.biz xəbər verir ki, tennisdə daha çox belə yarış keçiriləcək.

Ölkəmizdə bu növ üzrə 18 turnir təşkil olunacaq. Basketbolda 4, 3x3 növündə üç yarış Azərbaycanda keçiriləcək.

Bədii gimnastika, güləş, boks və sumoda da üç turnir ölkəmizdə baş tutacaq.

Cüdo, idman gimnastikası, şahmat, akademik avarçəkmə, kayak və kanoe növlərində belə yarışların sayı ikiyə bərabərdir.

Daha 10 idman növündə beynəlxalq turnir Azərbaycanda təşkil olunacaq. Bunlar badminton, tamblinq, Çin döyüş növləri, yaycitsu, aykido, kendo, Formula-1, atıcılıq, qrapplinq güləşi və teamgymdir.

Qeyd edək ki, Azərbaycan ümumilikdə 51 beynəlxalq turniri qəbul edəcək.

İdman.biz

Məqalədə: