Cud Bellingem kino Ceyms Bondu canlandırmaq istəyir

1 İyul 2026 22:18
79
Cud Bellingem kino Ceyms Bondu canlandırmaq istəyir

“Real Madrid” və İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellingem futboldan kənarda nə ilə məşğul olmaq istədiyini açıqlayıb.

İdman.Biz bildirir ki, Bellingemin də heyətində yer aldığı İngiltərə millisi DÇ-2026-da 1/8 finala yüksəlib.

“Məndən tez-tez soruşurlar ki, “Futboldan başqa nə ilə məşğul olmaq istərdin?” Mən bu barədə çox düşünməmişəm, amma həqiqətən düşünsəm, cavab həmişə eynidir - filmlərdə rol almaq.

Arzum Ceyms Bond rolunu oynamaqdır. Şon Konneri və Rocer Murun iştirak etdiyi hər filmi izləmişəm - birini də qaçırmamışam. Bond serialını həqiqətən bəyənirəm. Düzünü desəm, ekranda bu obrazı canlandırmaqdan məmnun olardım”, - deyə Bellingem “The Telegraph” qəzetinə bildirib.

İdman.Biz