“Hörümçək adam: Tamamilə yeni gün” superqəhrəman filminin premyerasına bir ay qaldığı üçün filmin tanıtma kampaniyası geniş vüsət alır.
İdman.Biz bildirir ki, indi “Marvel” şirkəti Lionel Messinin iştirakı ilə DÇ-2026 mövzusunda video yayımlayıb.
Videoda Messi Hörümçək adamı axtararaq qəhvəxanaya girir, lakin bunun əvəzinə Piter Parkerlə qarşılaşır. Futbol əfsanəsini tanıyan Parker qaçaraq tez superqəhrəman obrazına girir.
“Hörümçək adam: Tamamilə yeni gün” filmi 31 iyulda dünya miqyasında yayımlanacaq və Peter Parkerin həyatında yeni bir hekayədən bəhs edir. “Evə yol yoxdur” filminin hadisələrindən dörd il keçib və mehriban qonşu, yaxınları onun barəsində tamamilə unutduqları bir vaxtda Nyu-York şəhərini cinayətlərdən qorumağa davam edir.
Tom Holland, Zendaya və Ceykob Batalon filmdə baş rollara qayıdıblar. Filmdə həmçinin Halk və Cəzalandırıcı, eləcə də “Çox qəribə işlər” filminin ulduzu Seydi Sinkin naməlum personajı yer alır.
