Şotlandiyada sumo üzrə Avropa çempionatında idmançılarımızdan dörd medal - FOTO

30 İyun 2026 12:31
132
Şotlandiyada sumo üzrə Avropa çempionatında idmançılarımızdan dörd medal - FOTO

Şotlandiyanın Stirlinq şəhərində keçirilən sumo üzrə Avropa çempionatında Azərbaycan idmançıları uğurlu çıxış ediblər.

İdman.Biz xəbər verir ki, Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyası və sumo üzrə milli yığma komandanın üzvləri yarışda bir qızıl və iki bürünc medal qazanıblar.

Belə ki, Cavid Yusifov (115 kq) qızıl medal əldə edib. Əmrah Şəfiyev (85 kq və mütləq çəki) isə iki bürünc medala sahib çıxıb.

Millimiz komanda yarışında da fəxri kürsüyə yüksələrək bürünc medala layiq görülüb.

Qeyd edək ki, bu il sumo üzrə dünya çempionatı ilk dəfə 17-18 oktyabr tarixlərində Bakı şəhərində keçiriləcək.

İdman.Biz