“San Pedro Plaza”da (San Xose, Kaliforniya, ABŞ) keçirilən 2026-cı il dünya çempionatı Fan Festivalında atışma baş verib.
İdman.Biz xəbər verir ki, polis hadisə yerinə çatdıqdan sonra güllə yarası alan iki nəfəri aşkar edib; biri hadisə yerində ölüb, digəri isə həyati təhlükə yaradan xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
San Xose polisinin məlumatına görə, təcili yardım xidmətləri Nort Market və Vest Santa Klara küçələrinin kəsişməsində baş verən atışma ilə bağlı məlumatlara cavab verib. İş qətl kimi qiymətləndirilir və hazırda araşdırılır. Hazırda şübhəli, həbs və ya motiv barədə məlumat yoxdur. Polis sakinləri və qonaqları istintaq başa çatana qədər ərazidən uzaq durmağı tövsiyə edib.
“San Pedro Plaza” San Fransisko Körfəzi Bölgəsindəki 2026-cı il dünya çempionatı oyunları üçün təyin olunmuş izləmə məkanlarının rəsmi siyahısına daxil edilib. Məkan şəhərin əsas idman və əyləncə mərkəzlərindən biri hesab olunur.
DÇ-2026 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçirilir. Hazırkı çempion Argentinadır.
