Cənubi Koreya millisinin baş məşqçisi ölümlə təhdid edilir

29 İyun 2026 18:16
81
Cənubi Koreya millisinin baş məşqçisi ölümlə təhdid edilir

Cənubi Koreya millisinin baş məşqçisi Hon Myon Bo futbol üzrə dünya çempionatı 2026-da komandasının qrup mərhələsində mübarizəni dayandırmasından sonra ölüm təhdidləri almağa başlayıb.

İdman.Biz xəbər verir ki, "Actu Foot" nəşrinin məlumatına görə, sosial şəbəkə istifadəçilərindən biri özünü ABŞ vətəndaşı kimi təqdim edərək, mütəxəssisin Cənubi Koreyaya qayıdacağı zaman hava limanında onu öldürmək niyyətində olduğunu yazıb.

Bildirilir ki, Cənubi Koreya polisi ölüm təhdidləri ilə bağlı araşdırmaya başlayıb. Hüquq-mühafizə orqanları Hon Myon Bonun olacağı məkanlarda, o cümlədən hava limanında təhlükəsizlik tədbirlərini gücləndirib.

Təhdid müəllifinin axtarışları davam etdirilir.

Qeyd edək ki, DÇ-2026 ilə vidalaşan futbol üzrə Cənubi Koreya millisi azarkeşlərin kəskin tənqidi ilə üzləşib.

Cənubi Koreya millisi A qrupunda Meksika və CAR-a məğlub olub, Çexiyanı isə məğlub edib. Komanda üç xalla üçüncü yeri tutsa da, ən yaxşı üçüncülər sırasına düşə bilməyib və 1/16 finala yüksəlməyib.

Uğursuz nəticədən sonra Xon Men Bo istefa verdiyini açıqlayıb. Mütəxəssis nəticəyə görə məsuliyyəti üzərinə götürüb və azarkeşlərdən üzr istəyib. Cənubi Koreyada əsas narazılıqlardan biri heyət seçimi ilə bağlıdır. Xüsusən Son Hın Minin həlledici CAR matçında start heyətində yer almaması ciddi müzakirələrə səbəb olub.

İdman.Biz