Enzo Mareska “Mançester Siti”nin baş məşqçisi oldu

29 İyun 2026 17:20
113
Enzo Mareska “Mançester Siti”nin baş məşqçisi oldu

“Mançester Siti” Enzo Mareskanı komandanın yeni baş məşqçisi təyin edib.

İdman.Biz xəbər verir ki, italiyalı mütəxəssislə üş illik müqavilə imzalanıb.

46 yaşlı çalışdırıcının son iş yeri “Çelsi” olub. O, 2024-cü ilin iyulundan 2026-cı ilin yanvarınadək London klubuna rəhbərlik edib. Mareska bu müddətdə “Çelsi” ilə UEFA Konfrans Liqasının və klublararası dünya çempionatının qalibi olub.

İtaliyalı mütəxəssis 2023/24 mövsümündə “Lester”i çalışdırıb. Bundan əvvəl isə bir il “Mançester Siti”də Xosep Qvardiolanın məşqçilər korpusunda yer alıb. O, həmçinin 2020/21 mövsümündə “şəhərlilər”in gənclər komandasının baş məşqçisi olub.

İdman.Biz