BMT-nin İqlim Dəyişikliyi Katibliyinin hesabatına görə, 2026-cı il dünya çempionatının bəzi oyunları həddindən artıq isti şəraitində keçirilə bilər.
Turnir 11 iyun - 19 iyul tarixlərində Meksika, Kanada və ABŞ-da keçirilir. Yüksək temperaturlara ən çox həssas olan şəhərlər Meksika, daxili ərazilər və ABŞ-ın cənubudur.
İstidən təsirlənə biləcək oyunların siyahısına iki dörddəbir final, üçüncü yer uğrunda matç və turnirin finalı daxildir. Sənəddə yüksək temperaturun yarışda çalışan idmançılar, azarkeşlər və peşəkarlar üçün risk yaratdığı bildirilir.
Turnirdə Rütubət İndeksinə görə yüksək isti riski olan günlərdə 25 oyun keçirilib. Turnirin açılış günündə 100 nəfər tibbi yardıma ehtiyac duyub, onlardan dördü xəstəxanaya yerləşdirilib.
