DÇ-2026-nın 1/16 final mərhələsindən Braziliya - Yaponiya matçı başa çatıb.
İdman.Biz bildirir ki, Cənubi Amerika təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.
Beləliklə, Braziliya 1/8 finala yüksəlib və orada Kot-d'İvuar – Norveç matçının qalibi ilə rastlaşacaq. Yaponiya isə turnirdə mübarizəni dayandırıb.
22:58
Braziliya Yaponiya ilə matçda hesabda irəli çıxıb.
İdman.Biz bildirir ki, 90+6-da Martinelli braziliyalıları irəli çıxarıb.
22:19
Braziliya - Yaponiya matçında hesab bərabərləşib.
İdman.Biz bildirir ki, 56-cı dəqiqədə Kazemiro fərqlənib.
22:07
Braziliya - Yaponiya matçında ikinci hissə başlayıb.
İdman.Biz bildirir ki, ilk yarıdan sonra yaponlar irəlidədirlər.
21:51
Braziliya - Yaponiya matçında birinci hissə bitib.
İdman.Biz xəbər verir ki, ilk yarıdan sonra yaponlar irəlidədirlər.
21:31
Braziliya - Yaponiya matçında hesab açılıb.
İdman.Biz xəbər verir ki, 29-cu dəqiqədə yaponiyalı Kaisyu Sano hesabı açıb.
21:00
Futbol üzrə dünya çempionatında 1/16 finalın ikinci oyunu keçirilir.
İdman.Biz xəbər verir ki, Braziliya və Yaponiya milliləri üz-üzə gəlirlər.
Qarşılaşma Hyuston şəhərindəki “NRG stadium”da keçirilir. Baş hakim Maurisio Marianidir.
Brazilya C qrupunda 7 xalla birinci olub. Yaponiya isə F qrupunda 5 xalla ikinci yeri tutub.
