Deputat idman yarışlarında enerji içkilərinin reklamını doğru hesab etmir

30 İyun 2026 14:41
113
Deputat idman yarışlarında enerji içkilərinin reklamını doğru hesab etmir

“Artıq müşahidə edirik ki, idman yarışlarının sağlam həyat tərzini təbliğ edən fəlsəfəsi ilə yanaşı, bəzən enerji içkilərinin reklamı da aparılır”.

İdman.Biz apa.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bildirib.

“Halbuki enerji içkilərinin təbliği müəyyən hallarda idmanın öz mahiyyətinə və sağlamlıq prinsiplərinə zidd görünə bilər. Əgər bu cür reklamlar vasitəsilə hansısa kommersiya maraqları ön plana çıxarılırsa, nəticədə dövlət siyasətinin əsas istiqamətlərindən biri olan sağlam həyat tərzinin təşviqi müəyyən risklərlə üzləşə bilər”, - deyə Fazil Mustafa qeyd edib.

İdman.Biz