Azərbaycanı vinq çun üzrə beynəlxalq turnirdə 13 idmançı təmsil edəcək

1 İyul 2026 18:16
83
Azərbaycanı vinq çun üzrə beynəlxalq turnirdə 13 idmançı təmsil edəcək

Azərbaycan idmançıları Çinin Foşan şəhərində keçiriləcək vinq çun üzrə beynəlxalq turnirdə iştirak edəcəklər.

Bu barədə Azərbaycan Vinq Çun Federasiyasının və Azərbaycan Çin Döyüş Növləri Assosiasiyasının prezidenti Asif Sayadov AZƏRTAC-a bildirib ki, ölkəmizi yarışda 13 idmançı təmsil edəcək.

Federasiya rəhbəri qeyd edib ki, beynəlxalq turnir idmançıların təcrübəsinin artırılması və Azərbaycanın vinq çun idman növü üzrə beynəlxalq arenada uğurla təmsil olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Turnir iyulun 21-27-də təşkil olunacaq.

İdman.Biz