Bakıda keçiriləcək sumo üzrə dünya çempionatı ərəfəsində Azərbaycan millisinin heyəti ilə bağlı məxfilik rejimi tətbiq olunur.
Bu barədə Azərbaycan Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının baş katibi Elşad Kərimov report.az-a bildirib ki, bunun səbəbi rəqiblər üzərində taktiki üstünlüyün qorunmasıdır.

“Bununla bağlı məlumatı hələ ki verə bilmirik. Çünki rəqib üzərində taktiki üstünlüyün qorunması məqsədilə idmançıların hazırlığı, texniki arsenalı, taktiki xüsusiyyətləri və məşq prosesi ilə bağlı hazırda məxfilik rejimi tətbiq olunur. Komandamız dünya çempionatına ciddi şəkildə hazırlaşır. Yarışın başlamasına az qalmış heyət ictimaiyyətə açıqlanacaq”, - deyə o söyləyib.
Qeyd edək ki, sumo üzrə dünya çempionatı bu il oktyabrın 17-18-də Bakı İdman Sarayında keçiriləcək.
