Messinin 26 metrlik heykəli lağ hədəfinə çevrildi - FOTO

1 İyul 2026 16:32
89
Messinin 26 metrlik heykəli lağ hədəfinə çevrildi - FOTO

On gün əvvəl futbol üzrə Argentina millisinin kapitanı Lionel Messinin ölkənin Kutral-Ko şəhərində açılışı edilən nəhəng heykəli gündəm olub.

İdman.Biz “Infobae”yə istinadən xəbər verir ki, 26 metr hündürlüyündə olan heykəlin müəllifi heykəltaraş Aldo Beroisadır. Təxminən 70 ton ağırlığında olan abidədə Messi dünya kuboku ilə təsvir edilib.

Heykəlin 2026-cı il dünya çempionatı günlərində açıldığı bildirilir. Yerli hakimiyyət orqanları abidənin şəhər üçün yeni turizm məkanına çevriləcəyinə ümid edir.

Lakin abidə sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. İstifadəçilər heykəlin proporsiyalarını, bəzi rakurslarda qəribə görünməsini və dünya kubokunun uğursuz yerləşdirilməsini tənqid ediblər. Bir çoxları isə Messinin şortsuz təsvir olunmasına diqqət çəkib.

İdman.Biz