Nabran sakinləri idman qurğularında qüvvələrini sınayıblar - FOTO

29 İyun 2026 09:28
102
Nabran sakinləri idman qurğularında qüvvələrini sınayıblar - FOTO

Gənclər və İdman Nazirliyinin səyyar “Sağlam həyat” avtomobili Xaçmaz rayonunun Nabran qəsəbəsində olub.

İdman.Biz xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Bildirilib ki, layihə çərçivəsində sakinlər avtomobildə quraşdırılmış müasir idman qurğularında qüvvələrini sınayaraq müxtəlif fiziki tapşırıqları yerinə yetiriblər.

“Sağlam həyat” layihəsinin əsas məqsədi əhali arasında fiziki aktivliyin artırılması, sağlam həyat tərzinin təbliği və idmana marağın daha da gücləndirilməsidir.

İdman.Biz