Venesuelalı futbolçu Lukas Trexonun ailəsi zəlzələdə həlak olub - FOTO

28 İyun 2026 18:39
79
Venesuelalı futbolçu Lukas Trexonun ailəsi zəlzələdə həlak olub - FOTO

Venesuelanın “Maritimo La Quayra” futbol klubunda çıxış edən argentinalı müdafiəçi Lukas Trexo ağır itki ilə üzləşib.

İdman.Biz xəbər verir ki, futbolçunun həyat yoldaşı Yanna Maranella və iki övladı Venesuelada baş verən zəlzələdən sonra dağıntılar altında həlak olub. Axtarış-xilasetmə əməliyyatı 74 saatdan çox davam edib.

Qeyd edək ki, 38 yaşlı Lukas Trexo “Maritimo La Quayra”ya bu ilin fevralında keçib və Venesuelaya ailəsi ilə birlikdə köçüb.

Xatırladaq ki, Venesuelada zəlzələ iyunun 24-də axşam baş verib. Qısa fasilələrlə 7,2 və 7,5 maqnitudada iki zəlzələ qeydə alınıb. Zəlzələlərin episentrləri Yarakuy ştatında bir-birindən təxminən 10 km məsafədə olub. Əsas təkanların ardınca 214 təkrar seysmik titrəyişlər qeydə alınıb.

İdman.Biz