Futbol üzrə DÇ-2026-nın 1/16 final mərhələsində keçirilən CAR - Kanada matçında maraqlı hadisə yaşanıb.
İdman.Biz xəbər verir ki, qarşılaşmanın ikinci hissəsində tribunalarda Meksika dalğası edən azarkeşlərdən biri gözlənilməz anla üzləşib.
Kanada millisinin qadın azarkeşi növbə ona çatanda coşqu ilə ayağa qalxıb. Bu zaman əlindəki telefon sürüşərək yerə düşüb. Azarkeş telefonu havada tutmağa çalışsa da, bunu bacarmayıb və cihaz tribunadan aşağı düşüb.
Hadisədən sonra qadın azarkeşin şok yaşadığı anlar canlı yayım kameralarına düşüb.
Qeyd edək ki, CAR - Kanada oyunu Kanada millisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 90+2-ci dəqiqədə Stiven Eustakio vurub.
