Gənclər və İdman Nazirliyinin səyyar “Sağlam həyat” avtomobili ilə Abşeron-Xızı regionunda növbəti tədbirlər keçirilib.
İdman.Biz xəbər verir ki, layihə çərçivəsində avtomobil Sumqayıt şəhərində, Abşeron rayonunda və Xızı şəhərində sakinlərin ixtiyarına verilib.
İştirakçılar avtomobildə quraşdırılan müasir idman avadanlıqlarında qüvvələrini sınayıb, müxtəlif fiziki tapşırıqları yerinə yetiriblər.
Layihənin əsas məqsədi əhali arasında sağlam həyat tərzinin təbliği, fiziki fəallığın artırılması və sakinlərin idmana marağının gücləndirilməsidir.
Tədbirlərin sonunda fərqlənən iştirakçılara sertifikatlar təqdim olunub.
