Peru polisləri narkotik qaçaqmalçılığı şübhəlisini həbs etmək üçün DÇ-2026-nın maskotları kimi geyiniblər.
İdman.Biz bu barədə "The Athletic” qəzetinə istinadən məlumat verir.
Polis şübhəlinin böyük futbol azarkeşi olduğunu aşkar edib və bu, onlara reyd zamanı şübhə yaratmadan ona yaxınlaşmağa imkan verib. Reyd zamanı polislər az qala huşlarını itirəcəkdilər, lakin əməliyyat plana uyğun olaraq baş tutub.
DÇ-2026 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçirilir. Argentina hazırkı dünya çempionudur.
