40 metrlik faciə: 21 yaşlı qız öldü, altı nəfər saxlanıldı - VİDEO

14 İyun 2026 10:15
108
40 metrlik faciə: 21 yaşlı qız öldü, altı nəfər saxlanıldı - VİDEO

Braziliyanın San-Paulu ştatının Limeyra şəhərində iplə tullanma zamanı baş verən faciəli hadisə ilə bağlı altı nəfər saxlanılıb.

İdman.Biz xəbər verir ki, hadisə 13 iyun səhər saatlarında “Ponte do Esqueleto” adlanan ərazidə baş verib. 21 yaşlı qız “rope jump” zamanı təxminən 40 metr hündürlükdən yıxılaraq həyatını itirib.

Şahidlərin sözlərinə görə, tullanışdan bir qədər əvvəl təhlükəsizlik sistemində mümkün nasazlığın olduğu müəyyən edilib.

Hadisə yerinə yanğınsöndürmə və təcili tibbi yardım briqadaları cəlb olunub. Lakin ağır xəsarətlər alan gənc qızın həyatını xilas etmək mümkün olmayıb və onun öldüyü hadisə yerində təsdiqlənib.

İlkin araşdırmalara əsasən, tullanışın təşkilində iştirak edən əməkdaşlar hadisədən sonra ərazini tərk ediblər. Onlar daha sonra hüquq-mühafizə orqanları tərəfindən müəyyən edilərək saxlanılıblar.

Ümumilikdə hadisənin təşkili və tullanışın keçirilməsi ilə birbaşa əlaqəsi olan beş kişi və bir qadın ifadə vermək üçün polis bölməsinə aparılıb.

İdman.Biz