Azərbaycan millisi çövkən üzrə dünya çempionudur! - FOTO

13 İyun 2026 19:24
109
Azərbaycan millisi çövkən üzrə dünya çempionudur!

Çövkən üzrə Azərbaycan yığması dünya çempionatının finalında Çili seçməsi ilə qarşılaşıb.

İdman.Biz bildirir ki, görüş yığmamızın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bürünc medallar isə Nigerə 3:2 hesabı ilə qalib gələn Uruqvay komandasına qismət olub.

Daha sonra çövkən üzrə dünya çempionu olan Azərbaycan milli komandası mükafatlandırılıb.

Medalları Azərbaycan Respublikasının Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev, Beynəlxalq Çövkən Federasiyasının prezidenti Bəhruz Nəbiyev və baş katibi Maçiek Miçel Olbriç veriblər.

İdman.Biz