Azərbaycan Kapoeyra Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə kapoeyra üzrə ölkə çempionatı keçirilib.
İdman.Biz-in məlumatına görə, iki gün davam edən yarışda Bakı ilə yanaşı, respublikanın müxtəlif bölgələrini təmsil edən 200-ə yaxın idmançı fərdi mübarizədə birincilik uğrunda qüvvəsini sınayıb. Çempionatda uşaq, yeniyetmə, gənclər və böyüklər kateqoriyaları üzrə ölkənin ən güclü kapoeyra ustaları müəyyənləşdirilib.
Turnirin ən yaddaqalan və qürurverici məqamlarından biri çempionat çərçivəsində təşkil olunan “Kapoeyra hamı üçün” inklüziv qrup yarışması olub. Bu xüsusi mərhələdə həssas qruplara aid olan və müxtəlif diaqnozlu şəxslər böyük əzmkarlıq nümayiş etdirərək çıxış ediblər.
Çempionatın idman nəticələrinə əsasən, “A” qruplarında qalib olan idmançılar növbəti il ölkəmizi beynəlxalq arenalarda təmsil edəcək milli yığma komandanın heyətinin formalaşdırılmasında əsas namizədlər sırasında yer alacaqlar.
Uşaqlar (5-9 yaş)
5–7 yaş (qızlar, B): Aynur Məmmədova ("Nirvana")
6 yaş (oğlanlar, B): Yusif Xalıqov ("Wolf")
6–7 yaş (oğlanlar, A): Cavad Əliyev ("Pernada")
7–10 yaş (qızlar, A): Yasmina Salyamova ("Dragon")
8 yaş (oğlanlar, B): Ərtoğrul Hüseynov ("Wolf")
8–9 yaş (oğlanlar, A): Məhəmməd Cabbarlı ("Nirvana")
8–9 yaş (oğlanlar, B): Riad Çeşmazər ("Wolf")
8–9 yaş (qızlar, B): Yevangelina Lisanova ("Nirvana")
9 yaş (oğlanlar, B): Nizami Cavadlı ("Wolf")
Yeniyetmələr və gənclər (10-17 yaş)
10–11 yaş (oğlanlar, B): Camal Muradzadə ("Wolf")
10–11 yaş (qızlar, B): Zeynəb Məhərrəmli ("Nirvana")
10–12 yaş (oğlanlar, A): Muhamməd Rüstəmli ("Dragon")
11–13 yaş (qızlar, A): Aminə Mirzəliyeva ("Nirvana")
12–13 yaş (oğlanlar, B): Elmir Dadaşzadə ("Wolf")
13 yaş (qızlar, B): Mədinə Abdullayeva ("Pernada")
13–14 yaş (oğlanlar, A): Fikrət Dadaşov ("Wolf")
14–15 yaş (oğlanlar, B): Ömər Abbaslı ("Pernada")
15–17 yaş (oğlanlar, A): Said Şahyarov ("Dragon")
16–17 yaş (qızlar, A): Mehriban Hacıbabayeva ("Wolf")
Böyüklər
Kişilər (A kateqoriyası): Fərid Səlimov ("Wolf")
Kişilər (B kateqoriyası): Əli Vəlizadə ("Wolf")
