Xaçmaz Olimpiya İdman Kompleksindəki stadionun acınacaqlı halı - FOTO/VİDEO

10 İyun 2026 20:01
75
Xaçmaz Olimpiya İdman Kompleksindəki stadionun acınacaqlı halı

Xaçmaz Olimpiya İdman Kompleksində bir sıra problemlər müşahidə olunur.

İdman.Biz bu barədə Shimal.News-a istinadən bildirir.

Sakinlərin sözlərinə görə, bu vəziyyət rayonda idmanın inkişafına mənfi təsir göstərir.

Kompleksin əsas futbol meydançası baxımsız qalıb. Ot örtüyü seyrəlib, bəzi hissələrdə isə tamamilə sıradan çıxıb.

Meydançada çökəkliklər və aşınmalar yaranıb. Bu da həm məşqlərə, həm də idmançıların təhlükəsizliyinə təsir edir.
Meydançanın ətrafında və texniki avadanlıqlarda da köhnəlmə müşahidə olunur.

Kompleksdə yerləşən mini futbol meydançası isə demək olar ki, istifadəyə yararsız vəziyyətə düşüb. Örtüyün və konstruksiyaların böyük hissəsi artıq yoxdur.

İşıqlandırma sistemi də işləmir. Bir çox proyektor yoxa çıxıb, qalanları isə yararsız vəziyyətdədir. Bu səbəbdən axşam saatlarında məşqlər keçirmək çətinləşib.

Sakinlər və idmansevərlər hesab edirlər ki, kompleksdə əsaslı təmirə ehtiyac var. Onlar aidiyyəti qurumları yaranmış problemləri aradan qaldırmağa çağırırlar.

İdman.Biz