Bakı şəhərində keçirilən çövkən üzrə 2-ci dünya çempionatının növbəti oyununda Özbəkistan və Qazaxıstan milli komandaları qarşılaşıb.
İdman.Biz bu barədə Dövlət Sərhəd Xidmətinə (DSX) istinadən məlumat verir.
Tərəflərin səylərinə baxmayaraq, qarşılaşma 0:0 hesablı heç-heçə ilə başa çatıb.
Digər oyunda isə Çili və Küveyt üz-üzə gəliblər.
Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada Çili millisi üstün oyun nümayiş etdirərək qələbə qazanıb.
Görüş ərzində rəqib qapısından iki cavabsız top keçirən Cənubi Amerika təmsilçisi Küveyt yığmasını 2:0 hesabı ilə məğlub edib.
