Sumo millimiz Yaponiyada təlim-məşq toplanışına başlayıb

28 İyul 2026 17:02
85
Sumo millimiz Yaponiyada təlim-məşq toplanışına başlayıb

Azərbaycanın sumo millisi Yaponiyanın Odavara şəhərində təlim-məşq toplanışına başlayıb.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyası məlumat yayıb.

Hazırlıq prosesi çərçivəsində yığma məşqlərini Yaponiyanın bir neçə sumo məktəbində davam etdirəcək.

Qeyd edək ki, təlim-məşq toplanışı 2026-cı il oktyabrın 17-18-də Bakıda keçiriləcək sumo üzrə dünya çempionatına hazırlıq məqsədi daşıyır.

İdman.Biz