Azərbaycan və Özbəkistan antidopinq sahəsində əməkdaşlığı genişləndirir - FOTO

9 İyun 2026 15:18
96
Azərbaycan və Özbəkistan antidopinq sahəsində əməkdaşlığı genişləndirir - FOTO

Azərbaycan və Özbəkistan antidopinq agentlikləri arasında əməkdaşlıq memorandumu imzalanıb.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyi məlumat yayıb.

Bildirilir ki, AMADA ilə Özbəkistan Milli Antidopinq Agentliyi (UzNADA) arasında əməkdaşlıq memorandumu qurumun icraçı direktoru Təhminə Tağı-zadə və Özbəkistan Milli Antidopinq Agentliyinin direktoru Abdüşükür Sadıqov tərəfindən imzalanıb.

Memorandum antidopinq təhsili, dopinq nəzarəti, terapevtik istifadə üçün istisnalar (TUE), idmançıların bioloji pasportu (ABP), ADAMS sistemi, nəticələrin idarə olunması, araşdırma və təhqiqat fəaliyyəti, həmçinin beynəlxalq idman tədbirlərində əməkdaşlığın inkişafını nəzərdə tutur.

Bundan əlavə, tərəflər təcrübə mübadiləsi aparmaq, birgə təlim proqramları təşkil etmək, informasiya və metodik materiallarla qarşılıqlı əməkdaşlığı gücləndirəcəklər.

İdman.Biz