Bakıda klassik avtomobillərin sərgisi və yürüşü keçiriləcək.
İdman.Biz xəbər verir ki, tədbir Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə avqustun 30-da baş tutacaq.
Proqrama əsasən, tədbir Bakı Bulvarında klassik avtomobillərin sərgisi ilə başlayacaq. Daha sonra retro avtomobillər “Sea Breeze Marina Bay” istiqamətində yürüş edəcəklər.
