Çində hazırlanan humanoid robot 100 metr məsafəyə qaçışda Useyn Boltun dünya rekordundan daha yaxşı nəticə göstərib.
İdman.Biz xəbər verir ki, Çin Mərkəzi Televiziyasının məlumatına görə, “Honor” şirkətinin hazırladığı “Lightning” adlı robot Pekində keçirilən sınaq qaçışında 100 metri 9,32 saniyəyə başa vurub.
Robot qaçış zamanı maksimal 14,5 metr/saniyə sürət yığıb. Bununla da o, yamaykalı əfsanəvi sprinter Useyn Boltun 2009-cu ildə müəyyənləşdirdiyi 9,58 saniyəlik dünya rekordundan 0,26 saniyə daha sürətli nəticə göstərib.
Qeyd edək ki, bu nəticə rəsmi atletika yarışı zamanı deyil, İkinci Dünya Humanoid Robot Oyunları ərəfəsində keçirilən sınaq qaçışında qeydə alınıb. Buna görə də nəticə insanların 100 metr üzrə rəsmi dünya rekordu kimi tanınmır.
