İndira Hacıyeva Dünya Etnosport Konfederasiyasının nümayəndələri ilə görüşüb - FOTO

21 Avqust 2026 23:02
75
İndira Hacıyeva Dünya Etnosport Konfederasiyasının nümayəndələri ilə görüşüb - FOTO

Gənclər və idman nazirinin müavini İndira Hacıyeva Dünya Etnosport Konfederasiyasının nümayəndə heyəti ilə görüşüb.

İdman.Biz xəbər verir ki, görüşdə Dünya Etnosport Konfederasiyasının Baş katibi Abdulhalim Aksu, sədr müavini Hakan Kazancı və İdman və Qurumlarla Əlaqələr direktoru Tuğba Karagüllə iştirak ediblər.

Tərəflər Azərbaycan ilə Dünya Etnosport Konfederasiyası arasında ənənəvi idman növlərinin və milli-mədəni irsin təbliği, gənclərin bu istiqamətlərə daha fəal cəlb olunması, həmçinin birgə layihə və proqramların həyata keçirilməsi imkanlarını müzakirə ediblər.

İdman.Biz