Azərbaycan idmançıları Türkiyənin Ankara şəhərində keçirilən karakucak üzrə dünya çempionatında beş medal qazanıblar.
İdman.Biz xəbər verir ki, Ağa Qasımov 65 kq, Ömər Gülməmmədov isə 75 kq çəki dərəcəsində gümüş medala sahib çıxıblar.
Hüseyn Sevdimov 55 kq, İlyas İsayev 70 kq, Fərid Cabbarov isə 85 kq-da bürünc medal qazanıblar.
Beləliklə, Azərbaycan millisi iki gümüş və üç bürünc olmaqla ümumilikdə beş medalla dünya çempionatının komanda hesabında üçüncü yeri tutub.
