Velosipedlə toqquşan mer velosiped sürməyi qadağan etdi

21 Avqust 2026 22:37
95
Velosipedlə toqquşan mer velosiped sürməyi qadağan etdi

İtaliyanın Komo şəhərinin meri Alessandro Rapineze şəhərin tarixi mərkəzində velosiped və elektrik velosipedlərinin hərəkətinə məhdudiyyət qoyub.

İdman.Biz xəbər verir ki, yeni qaydalara əsasən, şəhərin mərkəzindəki təxminən 30 küçədə velosipedçilər nəqliyyat vasitələrindən düşərək onları əllə aparmalı olacaqlar. Qərarın sentyabrdan qüvvəyə minməsi gözlənilir.

Maraqlıdır ki, Rapineze bu qərarın şəxsi təcrübəsi ilə bağlı olduğunu gizlətməyib. Mer iyulun 18-də şəhərin mərkəzində elektrik velosipedi tərəfindən vurulub və yüngül xəsarətlər alıb.

“Məni bu tədbiri velosiped vurduğu üçün qəbul etməkdə ittiham edirlər. Bəli, belədir. İnsanlar öz təcrübələrinə əsasən davranırlar və mən şəxsən belə bir nəqliyyat vasitəsinin vurmasının necə olduğunu hiss etmişəm”, - Rapineze bildirib.

Qərar şəhərdə ciddi müzakirələrə səbəb olub. Velosipedçilər və yerli birliklər məhdudiyyətlərin həddindən artıq sərt olduğunu bildirərək etiraz aksiyaları keçirməyə hazırlaşırlar. “Nova Como” assosiasiyası sentyabrın 12-də şəhər mərkəzində velosiped yürüşü təşkil edəcəyini açıqlayıb.

İdman.Biz