Okan Burukun görüntüsü sosial şəbəkədə müzakirə edildi - FOTO

9 İyun 2026 14:25
99
Okan Burukun görüntüsü sosial şəbəkədə müzakirə edildi - FOTO

Türkiyənin “Qalatasaray” futbol komandasının baş məşqçisi Okan Burukla bağlı paylaşım sosial şəbəkələrdə geniş müzakirə yaradıb.

İdman.Biz xəbər verir ki, aparıcı Damla Uğurtürk mütəxəssislə müsahibədən bir foto paylaşıb.

Əsas müzakirə mövzusu müsahibədən çox kadrda yaranan görüntü olub. Bəzi istifadəçilər Burukun oturduğu stul və onun boyu barədə yumorlu paylaşımlar ediblər.

Foto sosial şəbəkələrdə gündəm olduqdan sonra Damla Uğurtürk paylaşımı silib. Buna baxmayaraq, kadr müxtəlif platformalarda yayılmağa davam edib.

İdman.Biz