Jurnalist Aidə Əliyeva Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) İctimaiyyətlə əlaqələr üzrə menecer vəzifəsinə təyin olunub.
İdman.Biz xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.
Qeyd edək ki, Aidə Əliyeva Azərbaycan teleməkanında ilk dəfə olaraq dünya çempionatı oyunları şərh edən iki qadın jurnalistimizdən biridir.
