2024-cü ildə dünya çempionu olan Deanna Stellato-Dudek fiqurlu konkisürmə yarışlarına qayıtmaq qərarına gəlib.
İdman.Biz xarici mediaya istinadən xəbər verir ki, 42 yaşlı kanadalı fiqurlu konkisürən yeni tərəfdaşı 25 yaşlı Danil Siyanitsa ilə cütlük yaradıb və ABŞ-ı təmsil edəcək.
Stellato-Dudek 2024-cü ildə Maksim Deşamp ilə dünya çempionu olub. O, 16 illik fasilədən sonra idmana qayıdaraq cütlüklər üzrə yarışlara başlamışdı.
Yeni cütlük Kolorado-Sprinqsdə məşq edəcək və 2030-cu il Olimpiadasına hazırlaşacaq.
Qeyd edək ki, idmançı 2026-cı ilin fevralında Milanda keçirilən Qış Olimpiadasında ilk dəfə iştirak edib.
