Sumqayıtın Kimyaçılar qəsəbəsində futbol oynamaq istəyən uşaqlar maraqlarını reallaşdırmaq üçün özləri meydança yaratmağa çalışırlar.
İdman.Biz sumqayıt24.az-a istinadən xəbər verir ki, qəsəbənin "Şüşə zavod" kimi tanınan ərazisində uşaqların futbol oynaması üçün uyğun meydança yoxdur.
Buna görə də kiçik idmansevərlər kol-kos basmış sahəni öz imkanları hesabına təmizləyərək futbol oynamaq üçün yararlı vəziyyətə gətirməyə çalışırlar.
Uşaqlar futbola böyük maraq göstərdiklərini və gələcəkdə peşəkar futbolçu olmaq istədiklərini bildiriblər. Onların sözlərinə görə, məşq və oyunlar üçün normal şəraitin olmaması bu arzularının qarşısında ciddi maneədir.
Kiçik futbolçular aidiyyəti qurumlara müraciət edərək ərazidə onlar üçün futbol meydançasının yaradılmasını xahiş ediblər.
