“Sea Breeze” ərazisində Yay İdman Festivalına start verilib.
İdman.Biz xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivalda 16 idman növü üzrə nümunəvi çıxışlar və müxtəlif əyləncəli idman aktivlikləri təşkil olunur.
Tədbirin proqramına 3x3 basketbol, reqbi, stolüstü tennis, badminton, voleybol, kəndirçəkmə, güləş, cüdo, taekvondo, kapoeyra, sumo, aykido, ciu-citsu, karate, mas-restlinq və avarçəkmə daxildir.
Festivalın açıq idman zonasında iştirakçılar müxtəlif idman növlərini ödənişsiz sınaqdan keçirə, öz bacarıqlarını yoxlaya və yeni idman növləri ilə tanış ola bilirlər.
Tədbirə marağın yüksək olduğu bildirilir.
Qeyd edək ki, Yay İdman Festivalına avqustun 28-də yekun vurulacaq.
