Fərid Qayıbov: “İl ərzində işğaldan azad olunan ərazilərdə tədbirlər keçiriləcək”

Xəbərlər
9 Yanvar 2024 15:04
245
Fərid Qayıbov: “İl ərzində işğaldan azad olunan ərazilərdə tədbirlər keçiriləcək”

2024-cü ildə işğaldan azad olunmuş ərazilərdə idman yarışlarının keçirilməsi nəzərdə tutulub.

İdman.biz xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə açıqlamasında deyib.

Nazir bir neçə layihə üzərində işlərin aparıldığını bildirib: “İşğaldan azad olunmuş ərazilərdə artıq yarışlar keçirmişik. Onların bir çoxu beynəlxalq turnirlər idi. Bu il üçün də planlaşdırırıq. Həmin yarışların ənənəvi olmasını istəyirik. Digər layihələrimiz də var və təqvim üzərində son işlər görülür”.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: