“Bakı Marafonu-2026” konsert proqramı ilə başa çatıb - FOTO

3 May 2026 21:43
176
“Bakı Marafonu-2026” konsert proqramı ilə başa çatıb - FOTO

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı Marafonu-2026” təkcə genişmiqyaslı idman yarışı kimi deyil, həm də rəngarəng bayram proqramı ilə yadda qalıb.

İdman.Biz xəbər verir ki, marafonun start nöqtəsi Dövlət Bayrağı Meydanı, finiş nöqtəsi isə “Sea Breeze” ərazisi olub. Hər iki məkanda iştirakçılar və qonaqlar üçün xüsusi konsert proqramları təşkil edilib.

Bu il start xəttində yaradılan fan-zonada qaçış iştirakçıları və tamaşaçılar üçün axşam saatlarına qədər bayram ab-havası hökm sürüb. Açıq səma altında qurulan səhnədə tanınmış ifaçıların iştirakı ilə möhtəşəm konsert proqramı təqdim olunub.

“Sea Breeze” ərazisindəki finiş nöqtəsində isə qaliblərin mükafatlandırılma mərasimi DJ-lərin və müxtəlif musiqi qruplarının çıxışları ilə müşayiət olunub.

İdman.Biz