Yevgeni Pluşenko və Emin Ağalarov padel oynadılar - VİDEO

3 May 2026 16:18
201
Yevgeni Pluşenko və Emin Ağalarov padel oynadılar - VİDEO

Fiqurlu konkisürmə üzrə ikiqat olimpiya çempionu Yevgeni Pluşenko və tanınmış iş adamı Emin Ağalarov Bakıda padel oynayıblar. Görüş “Sea Breeze” istirahət mərkəzinin ərazisində baş tutub.

İdman.Biz xəbər verir ki, idmançı və iş adamı dostluq formatında keçən matçda bacarıqlarını nümayiş etdiriblər. Qarşılaşmadan görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb.

Qeyd edək ki, olimpiya oyunlarının dördqat mükafatçısı, üçqat dünya və yeddiqat Avropa çempionu Yevgeni Pluşenko Bakıda təşkil olunan təlim-məşq toplanışlarında iştirak etmək üçün paytaxtımıza gəlib.

İdman.Biz